Planetin ən iri “zibil adası” ölçücə Fransanın ərazisi ilə müqayisə edilə bilər.

Unikal.org xəbər verir ki, bu barədə Jak-İva Kustonun nəvəsi, okean tədqiqatçısı və müdafiəçisi Filipp Kusto və onun həyat yoldaşı Aşlan Brok bildiriblər.

“Okeanın ortasında beş nəhəng “zibil adaı” var. Onlar okean axınlarının xüsusiyyətlərinə görə yaranıblar...Ora dünyanın hər yerindən plastik məmulatlar yığılır. Ən iri “zibil adası” isə Sakit okeanda yerləşir. O, ölçücə ABŞ-ın Texas ştatından böyükdür, Fransanın sahəsi ilə eynidir”, - deyə Brok qeyd edib.