Rusiyada koronavirusa qarşı ilk vaksin qeydiyyatdan keçirildi.

Unikal.org xəbər verir ki, bu barədə RF Prezidenti Vladimir Putin hökumət üzvləri ilə iclasda bildirib.

“Bildiyimə görə, dünyada koronavirus infeksiyasına qarşı ilk vaksin bu gün səhər saatlarında qeydiyyatdan keçirilib”, - deyə RF lideri bildirib.

Daha sonra Putin Səhiyyə naziri Mixail Muraşkodan bu barədə daha ətraflı məlumat verməyi xahiş edib.

“Lakin bilirəm ki, o, kifayət qədər effektlidir, immuniteti dayanıqlı edir və bütün labüd yoxlamalardan keçib”, - deyə dövlət başçısı qeyd edib.