Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramov həmkarı Mövlud Çavuşoğlunu Azərbaycana səfərə dəvət edib. 

Unikal.org xəbər verir ki, bunu Türkiyədə səfərdə olan Ceyhun Bayramov türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə keçirdiyi birgə brifinqdə bildirib. 

M.Çavuşoğlu C.Bayramovun dəvətini müsbət qarşılayıb və Azərbaycana səfər edəcəyini açıqlayıb.