İranda son sutka ərzində yeni növ koronavirusdan (COVID-19) 184 nəfər vəfat edib.

Unikal.org xəbər verir ki, qonşu ölkədə koronavirusdan ölənlərin sayı 18 800 nəfərə çatıb. İranda son sutka ərzində koronavirusa 2 345 yoluxma halı qeydə alınıb və indiyə kimi COVID-19-a yoluxanların ümumi sayı 331 189 nəfərə çatıb.

İndiyədək xəstəlikdən 288 620 nəfər sağalıb. Hazırda virus daşıyıcısı olan xəstələrdən 3 983 nəfərin vəziyyəti ağır və ya orta ağırdır.