Sabah Gürcüstandan daha 279 nəfər Azərbaycana təxliyə ediləcək.

Unikal.org xəbər verir ki, bu barədə  Azərbaycanın Gürcüstandakı səfirliyindən məlumat verilib.

Bildirilib ki, təxliyə edilənlərdən 74-ü Azərbaycan, 202-si Gürcüstan, 2-si Rusiya və 1-i Ukrayna vətəndaşıdır.

Təxliyə edilənlər 11 avqust tarixində Tbilisidə COVID-19 testindən keçiriliblər və nəticələr gün ərzində Azərbaycanın Gürcüstandakı səfirliyinə təqdim ediləcək.

Neqativ cavab alan şəxslərə COVID pasportu veriləcək və onlar 12 avqust tarixində saat 10:00-da Azərbaycanın Gürcüstandakı səfirliyinin binasının qarşısından ayrılmış xüsusi ayrılmış 5 avtobusla “Sınıq Körpü” sərhəd-keçid məntəqəsinə yollanacaqlar. Təxliyə edilənlər Azərbaycanda karantinə alınmayacaqlar.