Belarus hökuməti paytaxtda komendant saatının tətbiq ediləcəyi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib. 

Unikal.org xəbər verir ki, bu barədə Belarus Nazirlər Şurasının mətbuat katibi Alexandra İsaeva məlumat verib. O bildirib ki, Belarus hökuməti Minskdə komendant saatının tətbiq ediləcəyi ilə bağlı xəbərləri təkzib edir”.

Mətbuat katibi qeyd edib ki, yalnız rəsmi məlumatlara etibar edin: “Rəsmi olaraq belə bir məlumat yoxdur”.

Qeyd edək ki, avqustun 9-da Belarusda keçirilən Prezident seçkilərində Aleksandr Lukaşenkonun qalib gəlməsilə bağlı MSK-nın ilkin açıqlamasından sonra ölkənin bir sıra şəhərlərində səsvermənin nəticələri ilə razılaşmayan müxalif qüvvələrin kütləvi icazəsiz etiraz aksiyaları keçirilmişdi.