İqtisadiyyat Nazirliyində yeni təyinat olub.

Unikal.org xəbər verir ki, İqtisadiyyat naziri Mikayıl Cabbarovun əmri ilə Kənan Nəcəfov Sahibkarlığın İnkişafı Fondunun İdarə Heyətinin sədri təyin edilib.

Qeyd edək ki, K. Nəcəfov son təyinatına qədər sahibkarlıq fəaliyyəti ilə məşğul olub.