Eddi Nyutonun "Trabzonspor"a baş məşqçi təyin edilməsindən sonra yerli azarkeşlərin diqqəti psixoloq Emili Roqavskiyə çevirilib.

Unikal.org xəbər verir ki, azarkeşlər sözü gedən psixoliq üçün kampaniyaya başlayıblar.

Belə ki, "Çelsi"də çalışan psixoloqun da Qara dəniz klubuna gəlməsini istəyirlər.

Emili Roqavski azarkeşlərin bu istəyinə biganə qalmayıb. Sosial mediadan fanatlara cavab verən psixoloq "Mən həkim deyiləm. Amma "Trabzonspor"  məni oyunun zehinsəl və duyğual yönləri üzərində çalışanr psixoloq kimi gətirmək istəyirsə, hazıram" deyib. 

Bu açıqlamadan sonra "Trabzonspor" azarkeşləri ona "Come to Trabzonspor" mesajları göndərməyə başlayıb.