Nəsimi rayonu, Əbdülvahab Salamzadə küçəsi ilə Tbilisi prospektinin kəsişməsində yerləşən ərazidə ağacların dibi betonlanıb. 

Unikal.org xəbər verir ki, həmin ərazidə bir neçə ağac bu vəziyyətə salınıb.  Eyni zamanda ağacların arxasındakı ərazi hasarlanıb. Ərazidə yaşayan sakinlərin verdiyi məlumata görə, bunu etməkdə məqsəd ağacları məhv edərək onların yerində hündürmərtəbəli bina inşa etməkdir. 

Qeyd edək ki, həmin ərazidə bir neçə tikinti şirkəti yerləşir. Sakinlərin sözlərinə görə, hasarlanan ərazidə də hündür şam ağacları olub və daha sonra onlar kəsilib. Ərazinin kimə satıldığı isə məlum deyil.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova Unikal.org-a açıqlamasında bildirib ki, sözügedən məsələ nəzarətə götürülüb. Onun sözlərinə görə, artıq nazirliyin əməkdaşları tərəfindən həmin ünvanda araşdırmalar aparılır.