Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları Sumqayıt şəhəri, 13-cü mikrorayonda 3 sərv ağacının kəsildiyini müəyyən edib. 

Unikal.org xəbər verir ki, bu barədə məlumatı Xidmətin rəis müavini Ramal Bağırov deyib.

O qeyd edib ki, araşdırma zamanı ağacların obyekt tikintisi məqsədilə Sumqayıt şəhər sakini Arif Nadirov tərəfindən kəsildiyi və təbiətə 2 040 manat məbləğində ziyan dəydiyi məlum olub:

"Faktla bağlı akt tərtib edilib. Dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi və təqsirkar barəsində qanunamüvafiq tədbirlərin görülməsi üçün toplanmış sənədlər Sumqayıt şəhər Prokurorluğuna göndərilib".