UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinin oyunları keçirilir.

Unikal.org xəbər verir ki, bu mərhələnin matçları Portuqaliyada keçirilir və azarkeşsiz oynanılır. Qarşılaşmalar bir oyundan ibarətdi.

İlk oyun günündə bir qarşılaşma keçirilib. İtaliyanın “Atalanta” klubu Fransa PSJ-si ilə üz-üzə gəlib. Matçın əvvəlində hesabı açan İtaliya klubu son dəqiqələrə qədər hesabda üstün olsa da, Paris təmsilçisi dörd dəqiqə ərzində vurduğu iki ardıcıl qol sayəsində əzmkar qələbə qazanıb. Beləcə, ilk yarımfinalçı PSJ olub.

1/4 final mərhələsi çərçivəsində bu gün daha bir qarşılaşma keçiriləcək. Almaniyanın “Leyptsiq” klubu Madrid “Atletiko”suyla üz-üzə gələcək. Matçın qalibi yarımfinal mərhələsində PSJ ilə qarşılaşacaq.

1/4 finalın digər matçlarında “Barselona” “Bavariya”, “Mançester Siti” isə “Lion”la qarşılaşacaq.

Çempionlar Liqası, 1/4 final mərhələsi

12 avqust

Atalanta (İtaliya) – PSJ (Fransa) 1:2
Qol: Paşaliç, 27 – Markinyos, 90. Çupo-Motinq, 90+3.
Baş hakim: Entoni Teylor (İngiltərə)

13 avqust

23:00 Leyptsiq (Almaniya) – Atletiko (İspaniya)
Baş hakim: Şimon Marçinyak (Polşa)

14 avqust

23:00 Barselona (İspaniya) – Bavariya (Almaniya)

15 avqust

23:00 Mançester Siti (İngiltərə) – Lion (Fransa)