Türkiyənin "Alanyaspor" klubunun futbolçusu Manolis Siopis və hamilə həyat yoldaşı koronavirusa yoluxub.

Unikal.org xəbər verir ki, bu barədə futbolçu sosial media hesabında məlumat yayıb.

Mövsüm başa çatdıqdan sonra Yunanıstana yollanan Siopis və xanımı Alanyaya dönərkən test verib. Onların testləri pozitiv çıxıb.

Siopis onunla və xanımı ilə təmasda olan hər kəsi test verməyə çağırıb: "Koronavirus testim pozitiv çıxdı. Bunu mənimlə təmasda olan hər kəsə bildirməyi özümə borc bilirəm".

Qeyd edək ki, yunan futbolçu və xanımı ötən həftə Yunanıstanda toy mərasiminə qatılıb. Bundan sonra onların testi pozitiv çıxıb.