Pınar Gültəkinin öldürülməsindən təsirlənən izmirli dizayner qara gəlinlik hazırlayıb.

Unikal.org Türkiyə KİV-nə istinadən xəbər verir ki, dizayner Belma Ateş qadın cinayətlərinə diqqəti çəkmək məqsədi ilə hazırladığı gəlinliyi mağazanın vitrininə qoyub. Bir zamanlar həyat yoldaşından şiddət gördüyü üçün ayrıldığını bildirən dizayner bəzi qızların  gerçəkləşməyən xəyalları naminə belə addım atdığını deyib. 

Qeyd edək ki, həmin gəlinliyi geyinən model isə aktrisa Esra Gezgincidir.