PSG və “Mançester Siti” klubları “Bavariya”nın mərkəz müdafiəçisi Tiaqo Alkantaranın transferi uğrunda mübarizə aparırlar.

Unikal.org  xəbər verir ki, 1-ci Liqa nəhəngi PSJ ispaniyalı oyunçu üçün 30 milyon avro (35 milyon dollar) təklif edib. Hazırda “Mançester Siti” klubunun transfer yarışına daxil olması gözlənilir.

Qeyd edək ki, gələn il "Bavariya" ilə müqaviləsinin müddəti başa çatan Tiaqo Alkantaranın transferi ilə “Liverpul” klubu da maraqlanır.