İranda son sutka ərzində yeni növ koronavirusdan (COVID-19) 174 nəfər vəfat edib.

Unikal.org xəbər verir ki, İranda koronavirusdan ölənlərin sayı 19 162 nəfərə çatıb. İranda son sutka ərzində koronavirusa 2 625 yoluxma halı qeydə alınıb və indiyə kimi COVID-19-a yoluxanların ümumi sayı 336 324 nəfərə çatıb.

İndiyədək xəstəlikdən 292 058 nəfər sağalıb. Hazırda virus daşıyıcısı olan xəstələrdən 3 971 nəfərin vəziyyəti ağır və ya orta ağırdır.