Tanınmış amerikalı müğənni və aktyor Trini Lopez koronavirusdan vəfat edib.

Unikal.org xəbər verir ki, bu barədə “The New York Times” qəzeti məlumat yayıb.

Bir neçə ay əvvəl infeksiyaya yoluxan 83 yaşlı sənətçi Kaliforniya ştatındakı xəstəxanalardan birində dünyasını dəyişib.

Qeyd edək ki, Trini Lopez ötən əsrin 60-cı illərində məşhurlaşıb. O, “If i had a hammer” və “Lemon tree” mahnıları ilə yanaşı "Finks", "Antonio", "Hardi və Nensi Dryu qardaşları" kimi filmlərlə populyarlıq qazanıb.