Şərqi İngiltərə Universitetinin alimləri yaşlı adamlarda “COVID-19”un gedişatını təhlil ediblər və qərara gəliblər ki, onların əksəriyyətində xəstəliyin atipik  simptomları müşahidə olunub. 

Unikal.org xəbər verir ki, müvafiq tədqiqatın nəticələri “medRxiv” portalında yerləşdirilib.

Aprelin 7-dən iyunun 29-na kimi qocalar evinin sakinləri üzərində müşahidələr aparılıb.

Məlum olub ki, test nəticələri müsbət olan 103 nəfərdən yalnız 38-də koronavirusun standart simptomları olub.

54 nəfərdə isə ya ümumiyyətlə heç bir əlamət qeydə alınmayıb, ya da yoluxandan iki həftə sonra özünü büruzə verib.

Lakin yoluxanların əksəriyyəti “narahatlıq” və “ümumi nasazlıq” hiss edirdi ki, bunu da alimlər COVID-19-un “atipik” sindromları kateqoriyasına aid edirlər.