Rusiyanın paytaxtı Moskvada keçirilən Pauerliftinq üzrə Avropa çempionatında dəhşətli hadisə baş verib.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, Dünya Pauerliftinq Federasiyası tərəfindən keçirilən yarışda  rusiyalı Avropa çempionu Aleksandr Sedıx 400 kq çəkini qaldırmağa cəhd edib. Bu zaman onun dizləri təzyiqə tab gətirməyərək sınıb.

İdmançı dərhal xəstəxanaya çatdırılıb. Həkimlər bildirib ki, Aleksandır Sedıx iki ay yataq rejimində qalmalıdır.