“2020-ci ilin birinci yarımilində qeydə alınmış cinayətlər ötən ilin eyni dövrü ilə müqayisədə, ümumilikdə 37 faiz azalıb”.

Bunu Unikal.org-a Respublika Hərbi prokurorunun böyük köməkçisi, Hərbi Prokurorluğun Mətbuat Xidmətinin rəhbəri, ədliyyə müşaviri Firad Əliyev bildirib.

Onun sözlərinə görə, hesabat dövründə hərbi hissəni və ya xidmət yerini döyüş şəraitində özbaşına tərk etmə və fərarilik cinayəti, ümumiyyətlə, qeydə alınmayıb.