Bu gün Çempionlar Liqasında 1/4 final mərhələsinin növbəti oyunu keçiriləcək.

Unikal.org xəbər verir ki, Lissabondakı "Eştadiu da Luş" stadionunda "Barselona” "Bavariya" ilə qarşılaşacaq.

Bakı vaxtı ilə saat 23:00-da başlayacaq qarşılaşmanı Sloveniya Futbol Federasiyasından Damir Skomina idarə edəcək.

Qeyd edək ki, bundan əvvəlki oyunların nəticələrinə əsasən, PSJ və "Leyptsiq" yarımfinala yüksəlib.