Türkiyənin daha bir futbol klubunda koronavirusa yoluxma halı aşkarlanıb.

Unikal.org Türkiyə KİV-nə istinadən xəbər verir ki, TFF I liqa təmsilçisi “Menemenspor”da kütləvi yoluxma halı baş verib.

Ümumilikdə 10 nəfərin testinin nəticəsi pozitiv çıxıb ki, onlardan 9-u akademiyanın futbolçularıdır. Digər bir nəfər isə klub işçisidir. Virusa yoluxan şəxslər öz evlərində karantinə alınıb.

Qeyd edək ki, Türkiyənin “Fənərbaxça”, “Qalatasatay”, “Trabzonspor” və “Ankaragücü” klublarında da koronavirusa yoluxma olub.