Dünya Atletika Şurasının idman ayaqqabıları ilə bağlı yaydığı siyahı gündəm yaradıb.

Bugümkü siyahıda  28 iyul 2020-ci il tarixində elan edilmiş texniki qaydaların 5-ci qaydasına edilən düzəlişlərə uyğun olaraq təsdiq edilmiş yarış ayaqqabıları yer alıb.

Unikal.org xəbər verir ki, bu siyahı 31 yanvar 2020-ci il tarixində idmançıların beynəlxalq yarışlarda istifadəsi təklif etdiyi hər hansı yeni ayaqqabının Dünya Atletikası tərəfindən qiymətləndirilməsinə dair tərtib edilib.

Bu siyahı hər bir idmançının geydiyi bütün ayaqqabılarını əhatə etmir, lakin istehsalçıları müstəqil ekspert tərəfindən qiymətləndirilməsi üçün Dünya Atletikasına göndərilən bəzi köhnə ayaqqabı modellərinə aid edilir. Siyahıda olmayan köhnə ayaqqabı nodelləri isə, təsdiq edilən qaydaya riayət etməlidirlər. İdmançı və ya onun nümayəndəsi, köhnə ayaqqabılarının müəyyən bir yarış üçün 5.13 qaydasına uyğun olduğundan əmin olmalıdırlar. 

Texniki qaydaların 5-ci qaydasına əsasən, idmançılar (və ya onların nümayəndələri) Dünya Atletikasının idmançıların yarışlarda geyinməsi təklif etdiyi yeni ayaqqabıların spesifikasiyalarını təmin etmək üçün məsuliyyət daşıyırlar.

Dünya Atletikası, istehsalçıların ayaqqabı xüsusiyyətlərini öyrənilməsi üçün nümunələri qəbul edir.

Ayaqqabı haqqında şübhə varsa (xüsusilə heç bir başqa idmançının olmadığı ayaqqabı), idmançılar, rəsmilər və görüş təşkilatçıları əvvəlcə təsdiq edilmiş Siyahıya müraciət etməlidirlər.

Yarış hakiminin idmançının geydiyi ayaqqabının qaydalara uyğun gəlməməsi barədə əsaslı şübhəsi varsa, yarışların sonunda hakim ayaqqabıların Dünya Atletika ilə daha da araşdırmaq üçün çatdırılmasını tələb edə bilər.