ABŞ Prezidenti Donald Tramp Ağ Evdəki mətbuat konfransı zamanı gözlənilməz sualla qarşılaşıb.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, dünən keçirilən mətbuat konfransında jurnalist Deytenin Donald Trampa ünvanlanan sualı ABŞ prezidenti üçün gözlənilməz olub.

Jurnalist Trampa "Prezident olduğunuz müddətdə ABŞ xalqına söylədiyiniz yalanlara görə peşmansınızmı?" -  deyə sual verib.

Sualın nə ilə əlaqəli olduğunu və kimin yalan danışdığını söyləyən Tramp, sualı tam şəkildə eşitdikdən sonra başqa bir müxbirə söz verib.

"The Guardian"a danışan Deyt, ilk dəfə belə bir sualı Trampa vermə şansının olduğunu söyləyib.

"Trampın mənə niyə söz verdiyini deyə bilmirəm, çünki əvvəl bu sualı verməyə çalışdım, amma ortasında kəsdi. Düşünürəm ki, məni tanımadı. Tramp adətən mətbuat konfranslarında söz verdiyi müəyyən bir qrup var" –deyə jurnalist qeyd edib.

Jurnalist Aaron Ruparın Twitterdə paylaşdığı görüntülər sosial mediada geniş müzakirə olunub.