Hazırda Gürcüstanın 6,5 milyard dollar borcu var. Bunun 6,3 milyard dolları hökumətin payına düşür.

Unikal.org xəbər verir ki, bu barədə Gürcüstan Maliyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Gürcüstanın Azərbaycana borcu 6 milyon 107 min ABŞ dollarıdır.

Bundan əlavə, Gürcüstanın ən çox borcu olduğu ölkələrin ilk üçlüyündə 493,5 milyon dollarla Almaniya birincidir. İkinci yerdə 558,2 milyon dollarla Fransa və üçüncü yerdə 216,4 milyon dollarla Yaponiya qərarlaşıb.