Çempionlar Liqasında 1/4 final mərhələsi davam edir.

Unikal.org xəbər verir ki, bu gün 3-cü yarımfinalçı bəlli olub.

Mərhələnin ən böyük maraq doğuran qarşılaşmasında "Barselona" ilə "Bavariya" üz-üzə gəlib. Erkən finalda gərgin mübarizə gözlənilsə də, Bundesliqa çempionu rəqibini topa tutub. Turnirin əsas favoriti sayılan Münhen təmsilçisi katalonların 2 topuna 8 qolla cavab verib.

"Barselona"nı tarixi hesabla darmadağın edən "Bavariya" adını yarımfinala yazdırıb. Hans-Diter Flikin yetirmələri final yolunda avqustun 15-də keçiriləcək "Mançester Siti" - "Lion" oyununun qalibi ilə görüşəcək.