Türkiyədə son 24 saat ərzində daha 22 nəfər yeni növ koronavirusdan (COVİD-19) dünyasını dəyişib.

Unikal.org xəbər verir ki, bu barədə Türkiyənin Səhiyyə naziri Fahrettin Koca bildirib.

Nazirin məlumatına görə, ölkədə pandemiya qurbanlarının ümumi sayı 5 min 934 nəfərə çatıb.

Fahrettin Koca qeyd edib ki, ölkədə 1 226 yeni yoluxma halı qeydə alınıb, yoluxanların ümumi sayı 246 861 nəfərə çatıb.

Nazir əlavə edib ki, ötən gün koronavirusdan 923 nəfər sağalıb, koronavirusdan sağalanların ümumi sayı 228 980 nəfər təşkil edir.