UEFA Fransa çempionu PSJ-ni cəzalandırıb.

Unikal.org xəbər verir ki, qitə futbol qurumu Paris təmsilçisini Çempionlar Liqasının 1/4 final mərhələsi çərçivəsində qarşılaşdıqları “Atalanta” ilə oyunda meydana gec çıxdıqları üçün 30 min avro cərimə edib.

Bu barədə UEFA-nın mətbuat xidməti məlumat yayıb. PSJ-nin baş məşqçisi Tomas Tuxelə də bu məsələ ilə əlaqədar xəbərdarlıq elan olunub.

Qeyd edək ki, PSJ “Atalanta”ya 2:1 hesabıyla qalib gələrək yarımfinala yüksəlib.