İzmirdə dostları ilə tətildə olan məşhur blogger və model Şeyma Subaşı evində "party" təşkil edib. 

Unikal.org Türkiyə KİV-nə istinadən xəbər verir ki, modelin əyləncə gecəsi çox da arzuolunan şəkildə bitməyib. Belə ki, səs-küy səbəbindən qonşular polisə şikayət ediblər. Həmin şikayətlərə əsasən Şeyma Subaşının evinə polis basqın edib. 

Qeyd edək ki, blogger-model koronavirus pandemiyası səbəbi ilə ilk dəfədir ki, öz villasında əyləncə gecəsi təşkil etmişdi.