Ağdaşlı seçiciləri ilə müntəzəm olaraq görüşən, onların problemləri, arzu və təklifləri ilə maraqlanan millət vəkili Cavid Osmanov növbəti dəfə onlayn şəkildə görüş keçirib.

Unikal.org xəbər verir ki, görüşdə qarşılaşdıqları problem və çətinliklərlə bağlı seçiciləri narahat edən məsələlər dinlənilib, pandemiya vəziyyəti ilə bağlı mövcud məsələlər müzakirə edilib. Seçicilər tərəfindən səsləndirilən təklif və şikayətlər həll edilməsi və araşdırılması üçün qeydə alınıb, bəzi məsələlər yerindəcə həll olunub, vətəndaşlara müvafiq izahatlar verilib. Millət vəkili səsləndirilən müraciətlərin həlli istiqamətində müvafiq işlərin görüləcəyini bildirərək qaldırılan məsələlərin diqqət mərkəzində olacağını, aidiyyatı orqanlara sorğular göndəriləcəyini qeyd edib. Cavid Osmanov vətəndaşların problemlərini dinləməklə yanaşı onları bir daha karantin şərtlərinə əməl etməyə və bununla da hər zaman olduğu kimi yenə də dövlətə həmrəylik nümayiş etdirməyə çağırıb.

Qəbulda iştirak edən vətəndaşlar görülən rayon və ölkə əhəmiyyətli bütün işlər üçün ölkə rəhbərinə təşəkkürlərini bildiriblər.