Xaricdə olan Azərbaycan vətəndaşlarının ölkəyə gətirilməsi istiqamətində tədbirlər davam etdirilir.

Unikal.org xəbər verir ki, COVID-19 infeksiyasının yayılma təhlükəsi səbəbindən sərhədlərin bağlanmasına görə müvəqqəti olaraq (xidməti və şəxsi səfərlər ilə əlaqədar) Qazaxıstanda qalan daha 73 vətəndaş ölkəmizə yola salınıb.

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin “Həsən Əliyev” (3 nəfər), “Merkuri” (34) və “Professor Gül” (36 nəfər) bərə gəmiləri ilə yola salınan vətəndaşların hamısı COVID-19 infeksiyası ilə bağlı testdən keçiblər.

Bu günə qədər baş konsulluq vasitəsilə Aktau limanından ümumilikdə gəmi ilə 389 nəfər artıq vətənə göndərilib.