Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Azərbaycanda koronavirusla bağlı avqustun 20-nə olan statistik göstəriciləri açıqlayıb.

Unikal.org xəbər verir ki, məlumata əsasən hazırda ölkədə 1 738 nəfər aktiv koronavirus xəstəsi var.

Onlardan 179 nəfər reanimasiyada, 24 nəfər isə süni tənəffüs cihazındadır.

Ümumilikdə 34 759 nəfər virusa yoluxub, 32 511 nəfər sağalıb.

Qeyd olunub ki, bu gün 6 174 test edilib. Yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar ümumilikdə 855 802 test aparılıb.

Qeyd edək ki, bu gün 139 koronavirusa yoluxma faktı qeydə alınıb, 148 nəfər sağalıb.