Amerikalı fotomodel, aktrisa və biznes-ledi Paris Hilton pişiyinin şəklini satışa çıxardıb. 

Unikal.org xəbər verir ki,  məşhur öz "Twetter" hesabında pişiyinin rəqəmsal fotosunu 40 Ethereum-a (17.000 dollar) satdığını açıqlayıb. Satış "Crуptograph" hərrac platforması vasitəsi ilə həyata keçirilib. 

Satışdan əldə edilən məbləğ ABŞ-dakı üç xeyriyyə təşkilatına (The LA Food Bank, Meals On Wheels, BB4Homeless) köçürüləcək.