Müğənni Nüşabə Musayeva sosial şəbəkədə özünə dəbdəbəli ad günü keçirdiyi restorandan video paylaşıb.

Unikal.org xəbər verir ki, müğənni və yaxınları maska taxmadan, sosial məsafə gözləmədən şənlik ediblər.

Videoda restoranın digər hissəsində bəylə gəlin də kadra düşüb. Novxanıda yerləşən restoranda eyni zamanda toy məclisi də təşkil olunub.