Azərbaycanda bu gün koronavirus infeksiyasına 162 yeni yoluxma faktı qeydə alınıb, 171 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Unikal.org xəbər verir ki, bu barədə TƏBİB-in şöbə müdiri Yaqut Qarayeva deyib. O bildirib ki, 2 nəfər xəstə vəfat edib.