“Martın 23-dən etibarən Mərkəzi Neftçilər Xəstəxanasında 900-a yaxın xəstə qəbul edilib".

Unikal.org xəbər verir ki, bunu Mərkəzi Neftçilər Xəstəxanasının həkim-infeksionisti Fərrux Sədirov Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində deyib.

Onun sözlərinə görə, bütün xəstələr dərmanla təchiz edilib.