Ötən həftələrdə Beşiktaş üçün təşkil edilən “Bırakmam Seni” adlı kampaniyasında iştirak edən məşhur türk müğənnisi Hülya Avşar vədinə əməl edib. 

Unikal.org Türkiyə KİV-nə istinadən xəbər verir ki, müğənni vədinə əməl edərək 50 000 TL (11.581,25 manat)  ianə verib. Qəbzin fotosunu paylaşaraq sözünə əməl etdiyini deyən Hülya Avşar hər kəsi verdiyi sözə əməl etməyə çağırıb. 

Qeyd edək ki, təşkil edilən həmin kampaniyada 150 milyon TL (34.743.738,63 manat) ianə toplanılıb.