Son dövlər böyük auditoriya qazanan "Netflix" şirkıti barədə yeni bir ittiham irəli sürülüb. Belə ki, bu dəfə 11 yaşlı müsəlman qız haqqında çəkdiyi "Mignonnes" ("Sevimli") adlı fransız filmi ilə qalmaqalı böyük səs-küyə səbəb olub. 

Unikal.org xəbər verir ki, filmin anons və afişası yayılar-yayılmaz sosial mediada müzakirələrə səbəb olub. Sözü gedən filmin isə pedofilliyi təbliğ etdiyi iddia edilir. 

Qeyd edək ki, "Netflix"i təkcə pedofilliyi deyil, eyni zamanda islamofobiyanı da təbliğ etməkdə günahlandırır. Şirkət bütün bu ittihamlardan sonra 9 sentyabrda təqdimatı nəzərdə tutulan "Mignonnes" filminə görə üzr istəyib və qalmaqallı afişanı çıxardıb.