Son günlərdə azarkeşlərini pandemiya ərəfəsində sevindirən Cənubi Koreyanın BTS qrupu ingilis dilində mahnı ifa edib.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, qrupun "Dynamite" adlı mahnısı ilk 24 saatda 100 milyondan çox izlənərək rekorda imza atıb. Bundan əlavə klip eyni anda 3 milyon izləyicisi tərəfindən izləndiyi üçün YouTube Premiere rekordunu yeniləyib.

Qeyd edək ki, həmin klip hazırda 155 milyondan çox izlənməyə sahibdir.