Azərbaycanda indiyədək 35 274 nəfərin koronavirus infeksiyasına yoluxması faktı qeydə alınıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Unikal.org-a verilən məlumata görə, onlardan 32 993 nəfər müalicə olunaraq sağalıb, 518 nəfər vəfat edib.
Hazırda 1763 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.