Zinət əşyalarının satışı və dizaynı ilə məşğul olan Murad Kocaardıç yeni kolleksiyasının kataloq çəkilişi üçün aktrisa Hande Erçelə təklif göndərib.

Unikal.org xarici KİV-ə istinaən xəbər verir ki, bunun üçün biznesmen sənətçiyə 3 milyon avro verəcək.

"3 milyon izləyicisi olan Kıvanç Tatlıtuğ reklam çəkilişi üçün 1 milyon avro alıb. 15 milyon izləyicisi olan Hande Erçelə 3 milyon avro verəcəm" deyə, Murad söyləyib.