Amerikalı məşhur müğənni və aktrisa Teylor Svift koronavirus pandemiyası səbəbilə maddi çətinlik çəkən pərəstişkarlarına yardım üçün pul ayırıb.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, müğənni ümumilikdə 5 milyon dollar (8,5 milyon manat) məbləğində kömək üçün pul ayırıb. 

Bundan əlavə Teylor Svift “GoFoundMe” yardım səhifəsinə müraciət edən 18 yaşlı Viktoriya Mario adlı qızın təhsil xərclərini ödəməyi də öhdəsinə götürüb.