Türkiyənin məşhur aktyoru Murat Yıldırım həyat yoldaşı, mərakeşli aktrisa - model İmane Elbani ilə bağlı açıqlama verib.

Unikal.org xəbər verir ki, dörd il əvvəl ailə quran  aktyor Murat Yıldırım onu özündən də çox sevdiyini açıqlayıb:

"Hər şeyi onunla etmək istəyirəm. O, sonsuza qədər birlikdə olmaq istədiyim insandır. İmanedən günlərlə, aylarla, hətta illərlə bəhs edə bilərəm. O, hər şeyin ən yaxşısına, ən gözəlinə layiqdir",- deyə aktyor bildirib.