Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Azərbaycanda koronavirusla bağlı avqustun 24-nə olan statistik göstəriciləri açıqlayıb.

Unikal.org xəbər verir ki, məlumata əsasən hazırda ölkədə 1 803 nəfər aktiv koronavirus xəstəsi var.

Onlardan 181 nəfər reanimasiyada, 21 nəfər isə süni tənəffüs cihazındadır.

Ümumilikdə 35 426 nəfər virusa yoluxub, 33 104 nəfər sağalıb.

Bu gün 4 890 test edilib. Yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar ümumilikdə 878 667 test aparılıb.

Qeyd edək ki, bu gün 152 koronavirusa yoluxma faktı qeydə alınıb, 111 nəfər sağalıb, 1 nəfər ölüb.