Sumqayıtda mebel mağazasından oğurluq edilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Unikal.org-a verilən məlumata görə, Sumqayıt Şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində şəhər ərazisindəki mebel mağazalarının birindən 2700 manat, bir dəmir qapı sexindən isə 400 manat pul oğurlamaqda  şübhəli bilinən  Sumqayıt sakini H.Nurəliyev saxlanılıb.

Araşdırma aparılır.