Azərbaycanda ötən il məhkum olunan şəxslərin sayı açıqlanıb. 

Unikal.org-un Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, 2019-cu il ərzində məhkəmə qərarları ilə 12 945 nəfər məhkum edilib. 

Onlardan 6002 nəfəri barəsində azadlıqdan məhrumetmə qərarı çıxarılıb. 

Məhkumlardan 12 374 nəfəri kişi, 571 nəfəri qadındır. 

14-17 yaş arasından olan məhkumların sayı isə 288 olub.