Amerikalı məşhur aktyor Allan Riç vəfat edib.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, kommunizmə rəğbət bəsləməkdə ittiham olunaraq Hollivudda "qara siyahı"ya salınan aktyor 94 yaşında Nyu-Cersidəki evində dünyasını dəyişib.

Qeyd edək ki, əsl adı Benjamin Şultz olan sənətçi “Serpico”, “Cek”, “Varlı adamın arvadı” kimi filmlərlə məşhurlaşıb.