Abşeronda xəsarətlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

Unikal.org xəbər verir ki, iki avtomobilin toqquşması nəticəsində 1994-cü il təvəllüdlü Aslanov Seyidağa Tahir oğlu bədən xəsarətləri alıb.

Yaralı təcili yardımın köməyi ilə xəstəxanaya çatdırılıb, müayinə zamanı ona bədəninin müştərək travması diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.