Hazırda Azərbaycanda aktiv koronavirus xəstələrinin sayı 1904-dür. 

TƏBİB-dən Unikal.org-a verilən məlumata görə, reanimasiyada olan xəstələrin sayı 150, süni tənəffüs cihazında olan xəstələrin sayı isə 19-dur.

Qeyd edək ki, Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 148 yeni yoluxma faktı qeydə alınıb, 91 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 1 nəfər vəfat edib.