Həm film və seriallardan, həm də reklam şirkətlərindən gəlirlər qazanan məşhur türk aktyoru Kıvanç Tatlıtuğ həyat yoldaşına villa hədiyyə edib. 

Unikal.org Türkiyə KİV-nə istinadən xəbər verir ki, aktyor Bodrumda yerləşən 7 otaqlı həmin ev üçün 12 milyon TL (2 773 200 AZN) ödəyib. Kıvanç Tatlıtuğ həyat yoldaşı Başak Dizerlə gələn yay tətilini həmin evdə dincələcəklərini deyib.