Ədliyyə naziri Fikrət Məmmədov Millət vəkili Bəxtiyar Əliyevin qardaşını yüksək vəzifəyə təyin edib.

Unikal.org-un əldə etdiyi məlumata görə, F. Məmmədovun əmri ilə, Əliyev Qabil Həmzə oğlu Ədliyyə Nazirliyinin İcra Baş İdarəsinin rəis müavini vəzifəsinə təyin olunub. Hazırda Ədliyyə Nazirliyinin İcra Baş İdarəsinin rəisi vəzifəsini idarənin digər müavini Fərid Əfəndiyev icra edir.

Qeyd edək ki, Qabil Əliyev bu təyinata qədər Prezident Adminstrasiyasında çalışıb. 

Famil Fərhadoğlu